...

Zəfər Günü Krivoy Roqda qeyd olunub (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2025 19:09 (UTC +04:00)
Zəfər Günü Krivoy Roqda qeyd olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən “Azərbaycan Diasporu” təşkilatının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə şəhər hərbi administrasiyasının sədr müavini Viktoriya Samoylenko, Azərbaycan əsilli tanınmış yazıçı Qriqoriy Hüseynov, ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər.

Viktoriya Samoylenko Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edib, Azərbaycan–Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında inkişafda olduğunu vurğulayıb. O, göstərilən siyasi dəstək və humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

“Azərbaycan Diasporu” təşkilatının sədri Kəmaləddin Ağayev Zəfər Gününün xalqımız üçün qürur mənbəyi olduğunu deyib. Sədr Azərbaycanın bu Qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini, hazırda Qarabağda genişmiqyaslı yenidənqurma və “Böyük Qayıdış” prosesinin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda Zəfər Gününə həsr olunan film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti