...

Əsas kapitala yönəldilmiş investisiyalar artıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 15:46 (UTC +04:00)
Əsas kapitala yönəldilmiş investisiyalar artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala 14,830 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 6 faiz artıb.

İstifadə olunmuş investisiyanın 7,500 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 4,863 milyard manatı (32,8 faizi) xidmət sahələrinə, 2,467 milyard manatı (16,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 11,486 milyard manatını və ya 77,5 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 11,494 milyard manatı və ya 77,5 faizi bilavasitə tikintiquraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti