...

Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar tədris ediləcək

Mədəniyyət Materials 14 Noyabr 2025 16:36 (UTC +04:00)
Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar tədris ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində yaradıcı sahələrdə peşəkar kadr hazırlığının gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi məqsədilə növbəti tədris ilindən bir sıra pilot ixtisasların tədrisinə başlanacaq.

Yeni ixtisaslara rəqəmsal incəsənət çərçivəsində qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ tətbiqi sənət daxildir.

Bu ixtisaslar incəsənət məktəbləri ilə Yaradıcılıq Mərkəzinin birgə fəaliyyəti əsasında, yeni kurikulum tətbiq edilərək tədris olunacaq. Seçim zamanı həm müasir dövrün tələbləri, həm də valideynlərin çoxsaylı müraciətləri nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti