Bakı. Trend:
Stokholmun mərkəzində, Valhallavagen ərazisində ikimərtəbəli avtobusun dayanacağa çırpılması nəticəsində 3 nəfər həyatını itirib, bir neçə şəxs yaralanıb.
Trend xəbər verir ki, məlumatı "Expressen" qəzeti yayıb. Polis avtobusun sürücüsünü saxlayıb. Yaralanan 5 nəfərdən ikisinin təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilib.
İlkin məlumata görə, qəzanın səbəbi sürücüdə hüquq-mühafizə orqanlarının açıqlamadığı bir xəstəlik olub. Hadisə yerində çoxlu sayda polis, təcili yardım briqadaları və xilasedicilər çalışır.