...

ABŞ Cənubi Karib dənizində robotlar yerləşdirəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2025 22:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ narkotik kartellərinə qarşı həyata keçirdiyi hərbi kampaniyanın bir hissəsi olaraq robotlaşdırılmış sistemlər yerləşdirməyi planlaşdırır.

Trend xəbər verir ki, məlumatı "Miami Herald" qəzeti yayıb.

Bildirilir ki, ordu hava nəzarətini gücləndirmək üçün yeni robotlaşdırılmış hava və dəniz sistemlərindən istifadə etməyi nəzərdə tutur. Bunlara uzunmüddətli yerüstü nəqliyyat vasitələri, kiçik pilotsuz tutucular və şaquli qalxış-enmə imkanına malik dronlar daxildir.

Nəşr qeyd edir ki, əməliyyatın elan edilməsi ABŞ-nin Cənubi Karib dənizində son onilliklərdə ən böyük hərbi güc artımı ilə eyni vaxta təsadüf edib.

Xəbər lenti

Xəbər lenti