Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,495 milyard manatlıq ərzaq məhsulları satılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.
ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 50,4% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,616 milyard manatlıq, o cümlədən 28,664 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,951 miolyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
