...

Paytaxtda 16 yeni svetofor quraşdırılıb

Cəmiyyət Materials 14 Noyabr 2025 16:06 (UTC +04:00)
Paytaxtda 16 yeni svetofor quraşdırılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni svetoforlar quraşdırılıb.

Sürücülərin daha aydın görmələri üçün “L” və “A” tipli olmaqla piyada bölməli ümumilikdə 16 svetofor hərəkət iştirakçılarının istifadəsinə verilib.

Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti