...

Çin kosmik stansiyasında olan kosmonavtlar Yerə qayıdıblar

Dünya xəbərləri Materials 14 Noyabr 2025 14:01 (UTC +04:00)

Bakı. Trend:

Çin kosmik stansiyasındakı taykonot komandası Yerə qayıdıb.

Trend xarci KİV-ə istinadən xəbər verir ki, “Şincou-21” kapsulunda olan kosmonavtlar — Çın Dong, Çın Congrui və Vang Cie “Dongfıng” eniş zonasına uğurla eniblər.

Missiyanı bitirən taykonot komandası əvvəl verilmiş vaxtda Yerə qayıda bilməmişdi. Buna səbəb “Şincou-20” kosmik gəmisində aşkar edlən mexaniki nasazlıq idi.

Taykonotların yerə dönüşü “Şincou-21” kapsulu vasitəsilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti