Bakı. Trend:
Bu ilin yanvar-oktyabr ayında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1,921 milyard manatlıq məhsul istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur.
Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 8,4 faiz artıb. Kimya sənayesi məhsullarından polietilen istehsalı 4 faiz, etilen istehsalı 3,2 faiz, karbamid istehsalı 0,4 faiz, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 86,8 faiz, plastmas, çubuqlar, millər və profillər istehsalı 28,5 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 20,5 faiz artıb.
