Bakı.Trend:
"Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyeva ifadə verib.
Təqsirləndirilənin vəkili Ülvi Nəsibli Emil Səməndərov haqqında deyilənlərdən sitat gətirərək orada təhqir olmadığını deyib.
Vəkil Asim Abbasov sualın manipulyasiya xarakterli olduğunu bildirərək etiraz edib.
İsfəndiyar Axundov isə həmin vaxt çox stresli olduğunu bildirib və buna səbəb kimi işlə bağlı şikayətləri əsas gətirib.
İsfəndiyar Axundov həm də prosesə sədrlik edən hakimdən narazı olduğunu da deyib.
Prosesin davamında ekspert məsələ ilə bağlı rəyini açıqlayıb: ""Pul yemək" frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Yeyinti sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözlər linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar".
Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinin qərəzli olduğunu məhkməyə bildirib.
Hakim ekspertə prosesdə açıqladığı məqamları növbəti iclasda rəy formasında məhkəməyə təqdim etməsi üçün ona video materialların təqdim olunması ilə bağlı qərar verib.
Vəkil Asim Abbasov birinci rəyi verən ekspert çağırılması üçün vəsatət verib.
Hakim həmin vəsatətin baxılmamış saxlanılıb.
Proses 20 noyabradək təxirə salınıb.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.
