...

Dəmir yolu və dəniz nəqliyyatı ilə sərnişin və yükdaşımaların həcmi açıqlanıb

Cəmiyyət Materials 14 Noyabr 2025 15:53 (UTC +04:00)
Dəmir yolu və dəniz nəqliyyatı ilə sərnişin və yükdaşımaların həcmi açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-oktyabr aylarında 14,0 milyon ton yük, 8265,6 min sərnişin daşınıb.

Trend xəbər verir ki, bu barədə bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 19,1 faiz artım müşahidə olunmuşdur.

Həmçinin dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 7724,7 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb.

Yüklərin 48,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 10842,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 8579,3 min tonunu və ya 79,1 faizini tranzit yüklər təşkil edib.

2025-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 420,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,0 faiz azalaraq 21,3 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti