...

"Qarabağ" klubunun loqosu dəyişdiriləcək? - AÇIQLAMA

İdman Materials 14 Noyabr 2025 17:30 (UTC +04:00)
"Qarabağ" klubunun loqosu dəyişdiriləcək? - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sosial şəbəkələrdə "Qarabağ" futbol klubunun loqosunun dəyişdiriləcəyi ilə bağlı müxtəlif paylaşımlar edilir. Hətta müxtəlif formalarda loqo dizaynları da versiya kimi irəli sürülür. Səsləndirilən iddialar reallığı əks etdirirmi?

"Son günlər klubumuzun loqosu ilə bağlı müxtəlif təklif və müzakirələr səsləndirilir. “Qarabağ” FK olaraq bildiririk ki, hazırda loqomuzun dəyişdirilməsi ilə bağlı hər hansı rebrendinq prosesinin aparılması gündəmdə deyil".

Bunu Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun marketinq və komunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

"İctimaiyyətin və mütəxəssislərin rəylərini hər zaman hörmətlə qarşılasaq da, “Qarabağ” FK loqosunun dəyişdirilməsi nəzərdə tutulmur",-deyə A.Hacıyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti