...

Kiberhücumlar Almaniyaya 200 milyard avrodan çox ziyan vurub

Dünya xəbərləri Materials 14 Noyabr 2025 15:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kibertəhlükəsizlik mütəxəssislərinin ciddi çatışmazlığı ilə üzləşir. “Strategy&” şirkətinin araşdırmasına görə, 2024-cü ildə kiberhücumlar nəticəsində ölkəyə rekord 202,4 milyard avro həcmində ziyan dəyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“PwC”nin qlobal biznes bölməsi olan "Strategy&" tərəfindən aparılan araşdırmaya əsasən, ölkədə artan hücumların qarşısını almaq üçün kifayət qədər kibertəhlükəsizlik mütəxəssisi yoxdur və bu, rekord səviyyədə iqtisadi itkilərə səbəb olub.

Sorğuda iştirak edən qurumların 10-dan 9-u mütəxəssis çatışmazlığı ilə üzləşdiklərini qeyd edib.

“Təkcə ötən il Almaniyanın Hava Nəqliyyatına Nəzarət Xidməti, Federal Statistika İdarəsi və Şərqi Avropa Araşdırmaları Cəmiyyəti xaricdən edilən kiberhücumların hədəfinə çevrilib,” – deyə “Strategy&” şirkətinin tərəfdaşı və araşdırmanın müəllifi Lukas Si bildirib.

“Əgər Almaniyanın rəqəmsal dayanıqlığını təmin etmək istəyiriksə, indi hərəkətə keçməli və bütün imkanlardan istifadə etməliyik”, - məlumatda əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti