...

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə maraqlanır (FOTO)

İqtisadiyyat Materials 14 Noyabr 2025 19:11 (UTC +04:00)
Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə maraqlanır (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf nazirinin müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycan KiberTəhlükəsizlik Mərkəzi ilə tanış olublar.

Onlara mərkəzin fəaliyyəti, tədris proqramları barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Elektron Təhlükəsizlik Xidmətində də olub. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qonaqlar daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olublar. Nazir müavini Samir Məmmədovla görüşdə Azərbaycanda kibermərkəzlərin təşkili və fəaliyyət prinsipi barədə məlumat verilib. Qazaxıstan tərəfi Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti