Bakı. Trend:
2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5381,5 min nəfər olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlardan 5102,6 min nəfərini məşğul əhali təşkil edib.
Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1781,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 863,2 min nəfər, qeyri-dövlət sektorunda isə 918,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1750,1 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,8 faizi emal sənayesi, 6,7 faizi tikinti, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi mədənçıxarma sənayesi, 1,6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.