Bakı. Trend:
Kaliforniya məhkəməsi ştatın ən böyük miqrant təcridxanasında şəraitin qənaətbəxş olmaması ilə bağlı şikayətləri nəzərdən keçirir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, iddia ərizəsində onlar çirkli və soyuq yaşayış sahələrindən, qida və içməli su ilə kifayət qədər təmin olunmamasından, qohumlarla ünsiyyətə qoyulan məhdudiyyətlərdən, vəkillərə çıxışın gecikdirilməsindən, təmizlik işçilərinin çatışmazlığından, eləcə də mərkəzin ümumi yararsız vəziyyətindən şikayətləniblər.
Bundan başqa, saxlanılanlar dini etiqad azadlığına əməl olunmadığını bildirərək, onlardan baş örtüklərinin, namaz xalçalarının və dini mətnlərin alınmasını qeyd ediblər.
