...

ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq

Dünya xəbərləri Materials 14 Noyabr 2025 19:00 (UTC +04:00)
ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası piylənmə, diabet və digər xroniki xəstəlikləri olan turistlər üçün viza məhdudiyyətlərinə dair informasiyanı təsdiqləyib.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.

Onun sözlərinə görə, yüz ildir ki Dövlət Departamentinin siyasətinə vergi ödəyiciləri üçün maliyyə yükü ola biləcək turistlərin ölkəyə girişini məhdudlaşdırmaq, eləcə də hökumət tərəfindən maliyyələşdirilən səhiyyə xidmətinə müraciət edənlərə rədd cavabı vermək səlahiyyəti daxildir.

Yeni təlimatlar ABŞ hökumətinə ictimai ittihamlar fonunda mövcud qaydaların nisbətən sərt təfsiridir və sonradan dövlət yardımına ehtiyac duya biləcək şəxslərin ölkəyə girişini qadağan edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti