...

Azərbaycanda yük və sərnişin daşımaları artıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 15:51 (UTC +04:00)
Azərbaycanda yük və sərnişin daşımaları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-oktyabr aylarında 198,3 milyon ton yük və 1,785 milyard sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3 faiz, sərnişin daşınması isə 5,3 faiz artıb.

Yüklərin 61,5 faizi avtomobil, 27,4 faizi boru kəməri, 7,0 faizi dəmir yolu, 3,9 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 89,0 faizi avtomobil, 10,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti