Bakı. Trend:
Ermənistanda “Antifake.am” (faktların yoxlanılması və informasiya təqdimatı üzrə fəaliyyət göstərən sayt) saytının jurnalisti İşxan Xosrovyan 6 saatlıq saxlanmadan sonra sərbəst buraxılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, jurnalistin vəkili Ruben Melikyanın bildirdiyinə görə, onu səhər saatlarında öz evinin qarşısında "ədalət mühakiməsinin həyata keçirilməsinə maneçiliyə yardım göstərmək" ittihamı ilə saxlamışdılar.
13 noyabrda hüquq-mühafizə orqanları “antifake.am” ofisində axtarışlar aparıb və internet resursuna aid bütün elektron cihazları, o cümlədən kompüterləri müsadirə edilib.
Növbəti gün isə, Xosrovyan saxlanılıb. Həmçinin “axtarışlar zamanı ədalət mühakiməsinə maneçilik törətməyə cəhd” şübhəsi ilə antifake.am-in digər jurnalisti David Fidan yan da 72 saatlıq müddətə saxlanılıb.
