Bakı. Trend:
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halları qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7- yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Qarabağ (5,7), Dağlıq Şirvan və Lənkəran-Astara (5,2), Bakı, QubaXaçmaz və Mərkəzi Aran (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub.