...

Misir yeni viza layihəsini təsdiqləyib

Dünya xəbərləri Materials 15 Noyabr 2025 01:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir parlamenti ölkəyə giriş vizası xərclərini artıracaq qanun layihəsinə düzəlişləri əvvəlcədən təsdiqləyib.

Trend-in “Egypt Today”yə istinadən verdiyi məlumata görə, sənəd sərhəd keçid məntəqələrində və xarici konsulluqlarda verilən hər bir giriş və tranzit vizası üçün 20 dollara qədər əlavə rüsum tətbiq olunmasını nəzərdə tutur. Qanun qəbul edildikdə, Misirə giriş vizasının qiyməti hazırkı 25 dollardan təxminən 45 dollara qədər yüksələ bilər.

Viza qiymətləri sonuncu dəfə 2014-cü ildə tək girişli vizanın qiyməti 15 dollardan 25 dollara qaldırıldıqda yenilənmişdi. 2017-ci ildə çoxgirişli vizanın qiyməti 35 dollardan 60 dollara, beş illik çoxgirişli viza isə 700 dollara çatdırılmışdır.

Misir Turizm Palataları Federasiyası Baş nazir Mustafa Madbuli və Turizm naziri Şerif Fəthiyə müraciət edərək qanun layihəsinin ləğv olunmasını tələb edib.

Nəşr qeyd edir ki, düzəlişin məqsədi dövlətə əlavə maliyyə yükü yaratmadan Misirin xaricdəki diplomatik nümayəndəliklərinin binalarının və torpaqlarının inkişafı və modernləşdirilməsini dəstəkləməkdir.

Xəbər lenti

Xəbər lenti