...

Azərbaycanda 10 ayda verilmiş "ASAN İmza" sertifikatlarının sayı açıqlanıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 12:01 (UTC +04:00)
Azərbaycanda 10 ayda verilmiş "ASAN İmza" sertifikatlarının sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar – oktyabr ayları ərzində ümumilikdə 275.862 müraciət üzrə 424.853 "Asan İmza" sertifikatı verilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Eyni zamanda bildirilib ki, bu ilin yanvar – oktyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 28,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 20,3 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 3.398 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib, 4.488 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Qeyd edilib ki, vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon 549 minə yaxın SMS göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti