Bakı. Trend:
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2521 nəfər gələn, Azərbaycandan isə 1564 nəfər gedən qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə miqrasiya saldosu müsbət 957 nəfər təşkil edib.
Qeyd edilib ki, 2024-cü ildə xarici ölkəyə daimi yaşamaq üçün gedənlərin ümumi sayı 2298 nəfər olub. Onlardan 1046 kişi, 1252 nəfəri isə qadın olub.