...

Azərbaycanda bu ilin doqquz ayı ərzində 78 üçəm doğulub

Cəmiyyət Materials 14 Noyabr 2025 15:32 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 72210 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olub.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,0), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11,0), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti