...

Metallurgiya sənayesi məhsullarının istehsalı azalıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 16:33 (UTC +04:00)
Metallurgiya sənayesi məhsullarının istehsalı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 1,052 milyard manatlıq məhsul istehsal olunub.

Bu barədə Trend Dövlət StatistikaKomitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% azdır.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 10 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12,9 faiz azalma müşahidə olunub.

2025-сi ilin yanvar-oktyabr aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 20 faiz, polad tökmə istehsalı 23,7 faiz, mis məftil istehsalı 92,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 30,9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti