Bakı. Trend:
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi işi üzrə məhkəməyə verildiyi üçün hökumətdən 50 milyon dollar təzminat tələb edib.
Trend xəbər verir ki, “Bloomberg” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyi yaydan bəri Flinnlə razılaşmaq üçün danışıqlar aparır. Flinn iddianı 2023-cü ildə qaldıraraq keçmiş xüsusi müşavir Robert Müller tərəfindən haqsız yerə hədəf alındığını bildirib.
Flinn milli təhlükəsizlik üzrə müşavir vəzifəsində 23 yanvar – 13 fevral 2017-ci il tarixləri arasında çalışıb. O, ABŞ-ın o vaxtkı vitse-prezidenti Mayk Pensi Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla etdiyi danışıqlar barədə tam məlumat vermədiyi üçün istefaya məcbur edildiyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə Flinnin istefa qərarından təəssüfləndiyini açıqlamışdı.
