Xocalı. Trend:
Noyabrın 14-də növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.Doğma yurda qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata əsasən, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə, Xanyurdu kəndinə isə 12 ailə yəni 34 nəfər köçürülüb. Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardan ibarətdir.
Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev digər rəsmi şəxslər və kənd sakinləri iştirak ediblər. M. Əfəndiyev çıxışında sakinləri Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, kəndlərdə bütün zəruri sosial infrastrukturun yol, su, işıq, qaz və digər kommunal xidmətlərin tam şəkildə təmin olunduğunu bildirib. Sakinlər isə doğma ocaqlarına qayıtmağın sevincini bölüşüblər.
Beləliklə bu gün də daxil olmaqla Xanyurdu kəndinə 340 nəfərdən ibarət 99 ailə, Şuşakəndə isə 230 nəfərdən ibarət 61 ailə qayıdıb.
13:27
xxx
Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.
Trend-in yerli müxbiri xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə - 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə - 34 nəfər köçürülüb.
13:00
xxx
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.
Trend-in Qarabağ bürosu xəbər ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Şuşakənd kəndinə 19 ailə - 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə - 34 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
