...

"Bitcoin" ucuzlaşıb - maydan bəri ən aşağı göstərici

Dünya xəbərləri Materials 14 Noyabr 2025 17:02 (UTC +04:00)
"Bitcoin" ucuzlaşıb - maydan bəri ən aşağı göstərici
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bitcoin” kriptovalyutasının qiyməti may ayından bəri ən aşağı səviyyəyə düşüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Binance” məlumatlarına əsasən, Bakı vaxtı ilə 16:41-ə olan göstəriciyə əsasən, bitkoyn 7,97 faiz ucuzlaşıb və 94 min 863 ABŞ dollarına dəyişdirilir.

Qeyd edək ki, "Bitcoin" - 2009-cu ildə Satoşi Nakamoto təxəllüsü ilə bilinən şəxs tərəfindən yaradılmış rəqəmsal valyutadır və blokçeyn texnologiyasına əsaslanır. O, mərkəzi bank və ya hökumət tərəfindən nəzarət edilmədən peer-to-peer şəbəkədə əməliyyatlara imkan verir. Bitcoin-in ümumi təklifi 21 milyon vahid ilə məhdudlaşdırılıb və bu, inflyasiyanın qarşısını almaq məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti