Bakı.Trend:
2025-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 78205 ədəd minik avtomobili, 6030 ədəd yük avtomobili, 652 ədəd avtobus idxal olunub.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, İdxal olunan malların 50,5 faizini avtomobil, 30,0 faizini hava, 9,7 faizini dəniz, 9,5 faizini dəmir yolu nəqliyyatı ilə gətirilib 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 45,8 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, hər biri 2,5 faiz olmaqla Almaniya və Rumıniyaya, XARİCİ SEKTOR 103 2,1 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 0,9 faiz olmaqla İrlandiya və Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, 0,5 faizini Fransaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Tailand, İndoneziya, Çin və Qazaxıstana, 3,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
