...

Ölkədə işsiz əhalinin sayı məlum olub

Cəmiyyət Materials 14 Noyabr 2025 16:12 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237,9 min nəfər olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, işsiz əhalinin 51,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 499,3 manat olub.

Qeyd edək ki, 2024-cü ilin 1 noyabr tarixinin məlumatlarına əsasən Azərbaycanda 282.8 min işsiz əhali olub.
Məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 308.1 min nəfər olub, onlardan 5 milyon 25.3 min nəfərini məşğul əhali təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti