...

Tehran da daxil olmaqla İranın 20 əyaləti su böhranı ilə üz-üzədir

Dünya xəbərləri Materials 14 Noyabr 2025 14:48 (UTC +04:00)

Bakı. Trend:

Payız yağışlarının kəskin azalması nəticəsində ölkənin su anbarlarının təxminən 67 %-i boşalıb və ya tutumu aşağı səviyyəyə enib.

Trend xəbər verir ki, İran Milli Su və Kanalizasiya İdarəsinin baş direktoru Ali Seyedzadənin sözlərinə görə, 31 əyalətdən təxminən 20-nə sentyabrın sonundan bu yana yağış yağmayıb və bu, ölkədə su təminatı üçün son dərəcə narahatedici vəziyyət yaradıb.

O bildirib ki, payız-qış dövrü üçün nəzərdə tutulmuş yağışların olması gözlənilirdi, lakin hazırkı səviyyə uzunmüddətli normadan təxminən 77 % azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti