...

Əhali 10 ayda benzin və dizelə 3,2 milyard manat xərcləyib

İqtisadiyyat Materials 14 Noyabr 2025 12:46 (UTC +04:00)
Əhali 10 ayda benzin və dizelə 3,2 milyard manat xərcləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,160 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.

Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,616 milyard manatlıq, o cümlədən 28,664 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,951 miolyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti