...

Azərbaycanlı gənc şahmatçıdan parlaq nəticə (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2025 20:20 (UTC +04:00)
Azərbaycanlı gənc şahmatçıdan parlaq nəticə (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə dərəcə yarışları keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şahmatçıları da iştirak ediblər.

Mərkəzin şahmat müəllimi Emil Allahverdiyevin yetirməsi Adəm Babakişiyev 3-cü dərəcə uğrunda keçirilən yarışlarda bütün rəqiblərini məğlub edərək 7/7 nəticə ilə çempion adı qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti