Bakı. Trend:
Almaniya millisinin aparıcı üzvlərindən olan Coşua Kimmix zədələnib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi məşq zamanı topuq oynağından xəsarət alıb.
"Bavariya"nın futbolçusu bu səbəbdən DÇ-2026-nın seçmə mərhələsində Lüksemburq yığmasına qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Lüksemburq – Almaniya matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.