Bakı. Trend:
"Shenzhou-20" kosmik gəmisinin bütün üç heyət üzvü – Çen Dun, Çen Çjunçjuy və Van Cze – "Shenzhou-21" kosmik gəmisinin geri dönüş kapsulundan çıxıblar.
Trend xəbər verir ki, bu barədə məlumatı Sinxua agentliyi yayıb.
Çinin Kosmik İdarəsinin (CMSA) açıqlamasına görə, Çinli astronavtlar orbitdə 204 gün keçiriblər və sağlamlıqları yaxşıdır.
Heyət komandiri Çen Dun cümə günü Pekin vaxtı ilə saat 17:21-də Yerə eniş etdikdən sonra geri dönüş kapsulundan ilk çıxan şəxs olub. O, orbitdə 400 gündən çox qalan ilk Çin astronavatı kimi tarixə düşüb.
Başlanğıcda 5 noyabrda planlaşdırılan eniş kosmik tullantıların düşmə ehtimalı səbəbindən təxirə salınmışdı. Qeyd olunur ki, orbitdə ilişib qalan taykonavtlar artıq 200 gündən çoxdur ki, kosmosda fəaliyyət göstərirlər.
