...

Əmtəəlik neft və qaz hasilatının həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 16:16 (UTC +04:00)
Əmtəəlik neft və qaz hasilatının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 23 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 32,3 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti