Bakı. Trend:
Yaponiyanın özünü müdafiə qüvvələri Tayvanın statusu məsələsinə hərbi yolla müdaxilə etməyə çalışarsa, bunun ağır bədəlini ödəyəcəklər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tzyan Bin bildirib.
Nümayəndənin fikrincə, Tokio rəsmiləri “öz tarixlərindən dərs çıxarmalı” və Taypey uğrunda riskə getməməlidirlər.
“Onlar Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) dəmir iradəsi qarşısında darmadağın olacaq”,- deyə ÇXR Müdafiə Nazirliyinin sözçüsü əlavə edib.
