...

TIR sistemi tranzit vaxtını 92 faizə qədər azaldır - IRU baş katibi

İqtisadiyyat Materials 14 Noyabr 2025 11:44 (UTC +04:00)
TIR sistemi tranzit vaxtını 92 faizə qədər azaldır - IRU baş katibi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin mandatı ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) tərəfindən idarə olunan qlobal TIR sistemi tranzit vaxtını 92 faizə qədər, xərcləri isə 50 faizə qədər azaldır.

Trend IRU-ya (Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı) istinadən xəbər verir ki, bunu İRU baş katibi Umberto de Pretto bu həftə Daşkənddə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) yüksəksəviyyəli dialoqunda bildirib.

Onun sözlərinə görə, belə tədbirlərin həyata keçirilməsini təşviq etmək üçün IRU Orta Dəhliz ölkələri ilə üç prinsip əsasında əməkdaşlıq edir:

  • sadələşdirmə: hökumətlər mövcud qayda və normativləri nəzərdən keçirməli və optimallaşdırmalı, lazımsız inzibati yüklülüyü aradan qaldırmalıdır;
  • rəqəmsallaşdırma: nəqliyyat sənədləri məlumat mübadiləsi həlləri ilə əvəz olunmalıdır ki, bu da prosesləri sürətləndirir, şəffaflığı artırır və tələb olunan sənədlərin sayını, həmçinin onların saxlanması xərclərini azaldır;
  • harmonizasiya: sərhədlərarası kommersiya avtomobil daşımalarına təsir edən normalar əməkdaşlıq çərçivəsində standartlaşdırılmalı, mövcud BMT nəqliyyat konvensiyaları ratifikasiya edilməli və tam şəkildə tətbiq olunmalıdır.

"Özbəkistan TIR sisteminin fəal istifadəçisidir. MDV kitabçalarının verilməsi üzrə ölkə sayca birinci olmaqla, Özbəkistan şərq-qərb və şimal-cənub dəhlizlərinin vacib bağlayıcı halqasına çevrilib. TIR və avtomobil nəqliyyatı onu dənizə çıxışı olmayan ölkədən əlaqəli ticarət mərkəzinə çevirib", – deyə baş katib bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti