...

“Napoli” - “Qarabağ” oyununu İtaliyada izləmək istəyən azarkeşlərin nəzərinə!

İdman Materials 14 Noyabr 2025 12:58 (UTC +04:00)
“Napoli” - “Qarabağ” oyununu İtaliyada izləmək istəyən azarkeşlərin nəzərinə!
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” FK matçını "Stadio Diego Armando Maradona"da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Trend xəbər verir ki, bu barədə “Qarabağ”ın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, biletlərin qiyməti 110 manatdır.

Azarkeşlərimiz üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.

“Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Xahiş və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin olun — biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək”, - deyə məklumatda vurğulanıb.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-ı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti