...

ABŞ 80 ukraynalını deportasiya edəcək - Ukraynalı səfir

Dünya xəbərləri Materials 14 Noyabr 2025 16:00 (UTC +04:00)
ABŞ 80 ukraynalını deportasiya edəcək - Ukraynalı səfir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ hakimiyyəti Amerika qanunvericiliyini pozmuş təxminən 80 ukraynalının Ukraynaya deportasiya etməyə hazırlaşır.

Trend xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olha Stefanışina yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, səfirliyə ABŞ qanunvericiliyinin pozulması ilə əlaqədar barələrində deportasiya barədə yekun qərar çıxarılmış “təxminən 80 Ukrayna vətəndaşı” barədə məlumat daxil olub.

O əlavə edib ki, ABŞ hakimiyyəti hazırda Ukrayna ilə birbaşa beynəlxalq hava əlaqəsinin olmamasını nəzərə alaraq deportasiyanın həyata keçirilməsi üçün logistika məsələlərini müzakirə edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsi tərəfdarı olduğunu bildirib. O, ABŞ tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətində olduğunu vurğulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti