...

Azərbaycan iqtisadiyyatı böyüyüb

İqtisadiyyat Materials 14 Noyabr 2025 12:06 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 106,435 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.

ÜDM istehsalının 34,0 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 10,393 min manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti