...

Azərbaycan AİB ilə şəhər nəqliyyatının qurulması istiqamətində əməkdaşlığı müzakirə edib

İqtisadiyyat Materials 14 Noyabr 2025 17:40 (UTC +04:00)
Azərbaycan AİB ilə şəhər nəqliyyatının qurulması istiqamətində əməkdaşlığı müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Asiya İnkişaf Bankı ilə metro xidmətlərinin modernləşdirilməsi üzrə əməkdaşlığı müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün İçərişəhər Metrtansiyasını ziyarət etdim və şəhərin nəqliyyat şəbəkəsinin genişləndirilməsinin növbəti mərhələsinə hazırlıq işlərini müzakirə etmək üçün “Bakı Metropoliteni” rəhbərliyi ilə görüşdüm.

Asiya İnkişaf Bankının (AİB) Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində metro xidmətlərinin modernləşdirilməsi, rəqəmsal əməliyyatların, sistem səmərəliliyinin və şəbəkə tutumunun artırılması istiqamətində Azərbaycan hökumətinə dəstək göstəririk. Bu səylər Bakıda mobilliyi artıracaq, şəhər daxilində əlaqəni gücləndirəcək və insanlar və bizneslər üçün daha geniş imkanlar yaradacaq.

AİB səmərəli, inklüziv və gələcəyə hazır şəhər nəqliyyatının qurulması istiqamətində tərəfdaşlarımızla birgə işləməyə davam edəcək”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti