...

Azərbaycanda emal sənayesində məhsul istehsalının dəyəri 7%-ə yaxın artıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 16:10 (UTC +04:00)
Azərbaycanda emal sənayesində məhsul istehsalının dəyəri 7%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın emal sənayesində 2025-ci ilin yanvar-oktyabr aylarında 17,265 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyard manat və ya 6,9% çoxdur.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 11,2 faiz, qida məhsullarının istehsalında 9,5 faiz artım, içki istehsalında isə 1,8 faiz azalma müşahidə olunub.

Eyni zamanda bildirilib ki, hesabat dövründə bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,7 dəfə, şəkər, qənd istehsalı 21,7 faiz artıb, meyvətərəvəz konservləri 2,0 faiz, araq istehsalı 9,0 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti