...

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 3 milyard manatı ötüb

İqtisadiyyat Materials 14 Noyabr 2025 16:33 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 3 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 3,343 milyard manat məbləğində investisiya edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 34,3 faiz artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 2,535 milyard manatı neft-qaz sektoru, 808,1 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 10 ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 20,4 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,1 dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 6,0 faiz artıb.

Ümumi sərmayənin 7,500 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinin, 4,863 milyard manatı (32,8 faizi) xidmət sahələrinin, 2,467 milyard manatı (16,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 50,8 faizi dövlət, 49,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 77,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 77,5 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti