Bakı. Trend:
Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumi dəyəri 1,181 milyard manat olub.
Bu barədə Trend Dövlət StatistikaKomitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azdır.
Dövr ərzində sement istehsalı 0,2 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 6,2 faiz, beton istehsalı 8,5 faiz, əhəng istehsalı isə 27,3 faiz azalıb.
