Bakı. Trend:
ABŞ-nin Oklahoma ştatında bir otelin qarşısında dayanan yük avtomobilindən ammonyak sızması baş verib.
Trend xəbər verir ki, sürücü sızmanı hiss etdikdən sonra dərhal tədbir görülüb və nəticədə zəhərlənən 45 nəfər xəstəxanaya yerləşdirilib.
Qaz sızması səbəbilə 500–600 nəfərin təxliyə edildiyi bildirilib. Sakinlərə bir neçə saat evlərindən çıxmamaları tövsiyə olunub.
Sızmaya müdaxilə edən beş işçi tənəffüs yollarında kimyəvi yanıqlar aldığını qeyd edib. Hadisənin texniki nasazlıqdan qaynaqlandığı ehtimal olunur.
