Bakı.Trend:
Bu ilin 10 ayı ərzində ADY-nin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır, heyvanlar tələf olur.
Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir.
