...

Bu gündən məktəblərdə payız tətili başlayır

Cəmiyyət Materials 15 Noyabr 2025 00:01 (UTC +04:00)
Bu gündən məktəblərdə payız tətili başlayır

Bakı. Trend:

Noyabrın 16-dan 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayacaq.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.

Tətildən sonra ilk dərs günü isə 21 noyabrda olacaq. 15–16 noyabr tarixləri həftəsonuna düşdüyünə görə, beş günlük iş həftəsi ilə çalışan ümumi təhsil müəssisələrində 6 gün, altı günlük iş həftəsi ilə çalışan ümumi təhsil müəssisələrində isə 5 gün ardıcıl dərs olmayacaq.

Qeyd edək ki, tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti