Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 582 min ton ağ neft istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,2 min ton və ya 4,9% çoxdur. Ötən ilin ilk 10 ayında ölkədə 554,8 min ton ağ neft istehsal olunmuşdu.
Bu ilin noyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 25,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
