Bakı. Trend:
2025-ci ilin ən güclü partlayışlarından biri nəticəsində Günəşdən atılan plazma buludu Yerə təhlükə yaratmadan planetdən yan ötəcək.
Trend xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında yayılıb. Qeyd olunub ki, bu, son günlərdə Yerə yaxınlaşan sayca dördüncü plazma bulududur.
Mütəxəssislərin bildirdiyinə görə, bir neçə gün əvvəl ilin ikinci ən güclü X4.0 səviyyəli partlayışı qeydə alınıb. 21-ci əsrdə məlum olan ən böyük partlayış isə 2003-cü il noyabrın 4-də baş verib və Günəşin kənarında olduğuna görə Yerə təsir göstərməyib.
